20 Noyabr 2023 21:06
1 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya hökuməti noyabrın 22-dən etibarən Rusiya ilə sərhəddə qalan dörd nəzarət-buraxılış məntəqəsini də bağlamaq qərarına gələ bilər.

Teleqraf.com xəbər verir ki, hökumətin yaxın günlərdə qərarını açıqlayacağı deyilir.

Finlandiya bundan əvvəl Valima, Nujama, İmatra və Nirala sərhəd-keçid məntəqələrini bağlayıb.

Finlandiya daxili işlər naziri Mari Rantanen deyib ki, sərhəd-keçid məntəqələrinin bağlanması istənilən nəticəni qismən verib Onun sözlərinə görə, Rusiya hakimiyyətinin Finlandiya sərhədinə gələn insanları başqa istiqamətə yönəltdiyini göstərən çoxlu əlamətlər var.

Ölkə kəşfiyyatın iddiasına görə, ruslar qanunsuz sığınacaq axtaranları Finlandiya sərhədinə daşıyırlar. Bu səbəbdən Finlandiya hökuməti digər sərhəd məntəqələrini də bağlamağa və Rusiya ilə quru sərhəddə sığınacaq üçün müraciətlərin qəbulunu dayandırmağa hazır olduğunu açıqlayıb.

Kremlin sözçüsü Helsinkinin iddialarını rədd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər