22 Noyabr 2023 13:02
1 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Rusiya təhlükəsinə qarşı çıxa bilməsi üçün NATO-nun mümkün qədər tez tamhüquqlu üzvü olmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson bildirib.

Nazir əmindir ki, Türkiyə və Macarıstan son nəticədə İsveçin üzvlüyünü təsdiqləyəcək.

“Rusiya Ukraynada dözümlülük nümayiş etdirir. Ona görə də Rusiyanı gözdən qaçırmamalıyıq, NATO-ya inteqrasiya hesabına bunu ən yaxşı şəkildə edəcəyik”, - Conson deyib.

İsveç 2022-ci ildə Finlandiya ilə eyni vaxtda - may ayında NATO-ya üzvlük üçün ərizə təqdim edib. Hər iki ölkə Ukraynadakı müharibədən sonra hərbi neytrallıqdan geri çəkilib. Apreldə Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. İsveç isə hələ də Türkiyə və Macarıstanın təsdiqini gözləyir.

İyulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin üzvlük protokolunun ən qısa vaxtda parlamentə göndərilməsinə razılıq verib. Amma ötən həftə Türkiyə parlamenti hələlik məsələnin qərar üçün yetişməmiş olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər