22 Noyabr 2023 21:35
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan britaniyalı həmkarı Devid Kemeron ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.

Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslər göstərmək vəzifəsi daşıyan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının nümayəndə heyəti bu gün Londonda olub. Səfər çərçivəsində Hakan Fidan həmkarları ilə birlikdə Birləşmiş Krallığın xarici işlər naziri Devid Kemeron ilə görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər