23 Noyabr 2023 22:24
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrail atəşkəsdən sonra Qəzzada əməliyyatları davam etdirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu mətbuat konfransında deyib.

O bildirib ki, HƏMAS təşkilatının hərbi və inzibati potensialının məhv edilməsi də daxil olmaqla, qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsinə nail olmaq niyyətindədir.

Netanyahu vurğulayıb ki, ölkə hakimiyyəti İsrailin həm cənub, həm də şimal sərhədlərində təhlükəsizliyi bərpa etməyi planlayır:

“Biz həm cənuba, həm də şimala təhlükəsizliyi təmin edəcəyik. Biz qalib gəlirik və tam qələbəyə qədər mübarizəmizi davam etdirəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər