26 Noyabr 2023 01:17
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinli qaçqınların ilk qrupu Dağıstana gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın rəhbəri Sergey Melikov özünün Telegram kanalında məlumat verib.

Gələnləri Dağıstan hökumətinin sədri Əbdülmüslim Əbdülmüslimov, Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə rəhbəri Nəriman Kazımağamədov, Respublikanın Uşaq Hüquqları üzrə Müvəkkili Marina Yejova və digər rəsmi şəxslər qarşılayıblar.

Məlikovun sözlərinə görə, respublikaya gələn 50-yə yaxın insan artıq müvəqqəti məskunlaşma mərkəzinə yollanıb. “İndi biz Fələstin xalqının nümayəndələrinə yeni şəraitə uyğunlaşmaqda kömək edəcəyik, onları dəstəkləyəcəyik, onlara təhsil və işləmək imkanı verəcəyik”.


Müəllif: Pərvin Cəfərova