“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask Baş nazir Benyamin Netanyahunun müşayiəti ilə müharibədə İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri olan Kfar-Azaya baş çəkib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.
“Baş nazir Benyamin Netanyahu bu səhər İlon Mask ilə birlikdə Kfar-Aza kibbutzuna baş çəkdi. Netanyahu 7 oktyabrda baş verən kibbutz qırğınının dəhşətlərini Maska göstərdi", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Mask bu gün İsrailə səfərə gedib.