28 Noyabr 2023 10:20
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Avdivdə 6 istiqamətdə hücum əməliyyatı aparır. Koksoxim yaxınlığında şiddətli döyüşlər gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Şəhərin cənub-şərqində yerləşən sənaye zonasında şiddətli döyüşlərin davam etdiyi bildirilir.

Rusiya mənbələri sənaye zonasının ələ keçirildiyini və Avdiv şəhərinin cənub-şərqinə daxil olduqlarını iddia edirlər. Zonanın Rusiyanın “Veteran” hücum briqadası tərəfindən ələ keçirildiyi deyilir.

Bundan əlavə, ruslar Kruta Balka və Koksoxim yaxınlığında irəlilədiklərini iddia edirlər. ISW bu məlumatı təsdiqləməyib.

Rusiya mənbələri həmçinin Ukrayna ordusunun Avdiv, xüsusilə Stepovoy yaxınlığında uğurlu əks-hücum keçirdiyini və müsbət nəticələr əldə etdiyini bildirir. Ukraynalıların sənaye zonası yaxınlığındakı həmlələri isə uğursuz alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər