28 Noyabr 2023 23:41
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin radikal HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat yayıb.

“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, - deyə U.Həmdan bildirib.

HƏMAS, həmçinin dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyasını, uşaqlara və müdafiəsiz dinc sakinlərə qarşı soyqırımı əlamətlərini görmək üçün Qəzza zolağında iştiraklarını gücləndirməyə çağırıb.

Noyabrın 27-də İlon Mask İsrailə səfər edib və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsaak Hersoqla görüşüb. Amerikalı iş adamı Netanyahunun müşayiəti ilə HƏMAS-ın hücumu nəticəsində İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri sayılan Kibbutz Kfar Azaya baş çəkib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər