30 Noyabr 2023 16:12
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələrində ikinci ailəsinin olduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Orda.kz portalı yazır.

Kitab tezliklə satışa çıxarılacaq, buna qədər siyasətçilər, ekspertlər və jurnalistlər ilk nüsxələri alıblar.

Nazarbayev xatirələrini özü yazıb. Nəşr ölkənin birinci prezidentinin həyatının siyasi və şəxsi aspektlərindən bəhs edir.

“Mənim həyatım”ın ayrıca fəsilləri 2019-cu ilə həsr olunub, yəni hakimiyyətin təhvil verildiyi Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayevdən də bəhs edilir.

Kitabdan fraqmentləri portala təqdim edən mənbənin sözlərinə görə, bəzi məsələlərlə bağlı xatirələrdə yenilik yoxdur, amma ilk dəfə olaraq ikinci ailə, Sayel İsabayeva və onun iki oğlu ilə bağlı etiraflar edilib.

“Müsəlman adəti ilə evləndik. Sayel mənə iki uşaq - iki oğul verdi. 2005-ci ildə Tauman, 2008-ci ildə Bayken anadan olub”, - portal Nazarbayevin kitabından sitat gətirir.

Keçmiş prezidentin 1962-ci ildə evləndiyi həyat yoldaşı Sara Nazarbayeva ərinin ikinci arvadı və uşaqları haqda bu yolla məlumat əldə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər