Türkiyə Daxili İşlər Nazirliyinin gözlənilməz qərarı ilə ölkənin 21 vilayətində onlarla polis əməkdaşının iş yerləri dəyişdirilib.
Teleqraf.com NTV telekanalına istinadla xəbər verir ki, 15 vilayətin polis təşkilatlarının rəhbərləri də Ankaraya təyinat alıb.
Qərar hökümətin rəsmi mətbu orqanı hesab olunan "Rəsmi Gazete"-də bu gün dərc olunaraq qüvvəyə minib.