2 Dekabr 2023 21:52
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bu dəfə zəlzələnin episentri 67,5 min nəfər əhalisi olan Bisliq şəhərindən 55 kilometr şimal-şərqdə qeydə alınıb.

***

Filippinin sahilində 7,5 bal gücündə zəlzələ olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 10,6 min nəfər əhalisi olan Taqbina bələdiyyəsindən 19 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı 63 km dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ABŞ-nin Sunami Xəbərdarlığı Sistemi təhlükə barədə xəbərdarlıq edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər