3 Dekabr 2023 18:34
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Riskin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavana deyib.

"Şərqə doğru gedən güclü boz kül sütunu müşahidə edilib. Püskürmə hələ də davam edir", - deyə o bildirib.

Kül vulkanın zirvəsindən 3 min metr yüksəkliyə qalxıb. Vulkanın hündürlüyü 2891 metr təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər