İsrail Hərbi Hava Qüvvələri anklavda hərbi əməliyyatlar başlayandan bəri Qəzza zolağına 10 mindən çox hava zərbəsi endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələr İsrail Müdafiə Qüvvələrinin quru bölmələri ilə koordinasiya əsasında endirilib:
“Hərbi heyət tapşırıqları qısa zamanda yerinə yetirərək terrorçu qruplaşmaları, terror infrastrukturunu, komanda mərkəzlərini, tunel şaxtalarını, silah anbarları və s. məhv edib”, - deyə bildirilib.