4 Dekabr 2023 23:27
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan hökuməti respublikanın dövlət bayrağının görünüşünün dəyişdirilməsi ilə bağlı qanun layihəsinə müsbət rəy verib.

Teleqraf.com xəbər verir ki, orada təsvir edilən günəşin günəbaxanla oxşarlığına görə günəş şüalarının formasını dalğavaridən düzə dəyişdirmək təklif edilir.

Qanun layihəsində deyilir: “Qırğızıstan Respublikasının bayrağındakı şüaların formasının dalğalıdan açıq şəkildə günəş şüalarına bənzəyən formaya dəyişdirilməsi təklif edilir”.

Qırğızıstanın hazırkı bayrağı 1992-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra təsdiq edilib.

Qeyd edək ki, bayrağın dizaynının dəyişdirilməsi ilə bağlı qanun layihəsi noyabrın 28-də Qırğızıstan parlamenti tərəfindən birinci oxunuşda qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər