BMT Təhlükəsizlik Şurası üsyançı husilərin Yəməndə prezident sarayına hücumunu pisləyən qətnamə qəbul edib. Qətnamədə ölkə prezidenti Abd Rəbbo Mənsur Hadini legitim prezident kimi dünya dövlətləri tərəfindən dəstəkləndiyi vurğulanıb.
Teleqraf.com-un “Assoşieyted Press”-ə istinadən məlumatına görə, BMT TŞ-nin 15 üzvü tərəfindən qəbul olunmuş bəyanatda qeyd olunur ki, Hadi hakimiyyətin legitim nümayəndəsidir: "Ölkənin sabitlik və təhlükəsizlik şəraitində qalması üçün Yəməndəki bütün partiyalar və siyasi xadimlər prezident Hadi, baş nazir Xalid Bax və hökumətin tərəfində dayanmalıdır".
Bir qədər əvvəl isə BMT baş katibi Pan Qi Mun Yəməndə toqquşmaların dərhal dayandırılmasını tələb edib.