14 Dekabr 2023 16:52
7 884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Rusiya sərhədlərinə yaxınlaşmaq və Ukraynanı NATO-ya qəbul etmək istəyi Ukraynada münaqişəyə gətirib çıxardı.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında deyib.

“2014-cü ildə Avropadan üç xarici işlər naziri gəldi - Polşa, Almaniya, Fransa - Ukrayna prezidenti Yanukoviç və müxalifət arasında anlaşmaların təminatçısı kimi sənədə imza atdılar və hər şeyin sülh yolu ilə həll ediləcəyinə razılaşdılar. İki gün sonra dövlət çevrilişi etdilər. Niyə? Biz seçkiyə gedib qalib gələcəkdik? Yox. Münaqişə yaratmaq üçün. Bunu kim etdi? Amerikalılar, iqtidar-müxalifət müqavilələrinə qarant kimi imza atan avropalılar isə guya heç nə bilmirlər. İndi Avropada soruşun, bunu kimsə xatırlayır? Yox. Amma biz unutmamışıq və unutmayacağıq.

Üstəlik, sərhədlərimizə doğru sürünmək, Ukraynanı NATO-ya üzv etmək istəyi - bütün bunlar bu faciəyə səbəb oldu. Səkkiz ildir Donbasdakı qanlı hadisələr baş verir. Bütün bunlar indi yaşadığımız faciəyə gətirib çıxardı”.

Putin Rusiyanın hərbi əməliyyat keçirməyə məcbur olduğunu vurğulayıb:

“Bizi bu hərəkətləri etməyə məcbur etdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu