19 Dekabr 2023 22:43
4 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaranmasından təxminən 72 il sonra Avropa Birliyi (AB) durğunluq erasına qədəm qoyur.

Teleqraf.com xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin müşaviri, professor Ata Atun deyib.

Professor bir neçə il əvvəl Böyük Britaniyanın AB-dən çıxmasını xatırladıb:

“İtaliya, İspaniya və Portuqaliya da “Öz pulumuzdan istifadə və idarə etmək istəyirik” deyərək avrozonadan çıxmaq üçün fürsət axtarmağa başlayıb.

Almaniyanın yeni Baş Qərargah rəisi Karsten Breyer alman ordusunun nə ölkəni, nə də NATO ölkələrini müdafiə etmək gücündə olduğunu söyləyib. Breyerin bu fikri də diqqət çəkir: “Biz avropalıların kənara çəkilib “onsuz da Amerika edəcək” deməyimizin vaxtı bitdi”.

Onun açıqlaması vəziyyətin ciddiliyini ortaya qoyur.

AB və Cənubi Amerika Ümumi Bazar (MERCOSUR) ölkələri 20 ilə yaxındır ticarət sazişi üçün danışıqlar aparır, amma hələ də heç bir nəticə əldə olunmayıb. Almaniya bu müqavilənin bağlanmasını dəstəkləsə də, Fransa və Avstriya bunun qəti əleyhinədir.

AB-nin hətta ticarət kimi bir məsələdə razılığa gələ bilməməsi birliyin ticarət-iqtisadi, xüsusilə də xarici əlaqələr sahəsində daha geniş əməkdaşlıq qura bilməyəcəyinə açıq işarədir. AB birlik olmanın tələblərini tam yerinə yetirə bilmir”.

Ata Atun hesab edir ki, AB-nin bu mərhələdən sonra mövcud problemləri həll edib daha əhatəli və təkmil siyasi birliyə doğru irəliləməsi mümkün deyil:

“Türkiyə üçün bu durum mövcud problemləri qazanca çevirmək üçün böyük fürsətdir. Türkiyənin buna nail olması üçün iqtisadi, siyasi, texnoloji və hərbi gücü var. AB-nin yaxın illərdə Türkiyənin arxasınca düşməsi təəccüblü olmayacaq.

İndi bütün bu gəlişmələrdən və AB daxilindəki çatlardan sonra Türkiyə birliyə üzv olmaq istəsə, bütün üzv dövlətləri razı salmaq məcburiyyətində qalmayacaq. Birliyin bir neçə qabaqcıl ölkəsi ilə razılaşmanın əldə edilməsi AB-yə üzvlük və Gömrük Birliyi müqaviləsini Ankaranın istədiyi kimi yenilənməsi üçün qapıları asanlıqla açacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər