20 Dekabr 2023 17:10
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın pilotsuz uçan aparatlar (PUA) istehsalını dəstəkləyən 10 hüquqi və 4 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Departamenti məlumat yayıb.

Şirkətlər və fiziki şəxslər İran, Malayziya, Honq Konq və İndoneziyada yerləşir.

ABŞ maliyyə nazirinin müavini Brayan Nelson deyib ki, İranın qanunsuz istehsalı və ölümcül PUA-larının Rusiya və Yaxın Şərqdəki terror təşkilatlarına paylanması gərginliyi artırmağa və münaqişələri uzatmağa, sabitliyi pozmağa xidmət edir. Ölkə rəsmisi İranın bu terrorçu fəaliyyətinin davam etdiyini söyləyib.

Nelsonun sözlərinə görə, ABŞ müttəfiqləri ilə sıx koordinasiya şəraitində qanunsuz satınalma şəbəkələrini məhvinə, habelə onları dəstəkləyən fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi üçün bütün səlahiyyətlərindən istifadəyə davam edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər