21 Dekabr 2023 08:15
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya digər dövlətlərin təxribatları halında dərhal nüvə silahı ilə hücumla cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu ölkə lideri Kim Çen In deyib.

Siyasətçi bir gün əvvəl, dekabrın 20-də “Hwasong-18” qitələrarası ballistik raketinin buraxılışı üzrə təlimdə iştirak edən Baş Raket İdarəsinin hərbçiləri ilə görüşüb və onları uğurlu buraxılış münasibətilə təbrik edib.

“Hərbi fəaliyyət nüvə strategiyasının və doktrinasının təkamülünü nümayiş etdirib, buna görə KXDR hətta düşmən onu nüvə silahı ilə təhrik etdikdə nüvə cavabından çəkinməyəcək”, – o qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər