28 Dekabr 2023 23:13
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Yeni ili Fələstinlə həmrəy olaraq qeyd etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar deyib.

"Pakistan xalqı qəm içindədir. Buna görə də Pakistan hökuməti vəziyyəti nəzərə alaraq, Yeni illə bağlı bütün şənlikləri qadağan etmək qərarına gəlib", - deyə siyaşətçi bildirib.

Baş nazir həmçinin vurğulayıb ki, Pakistan Qəzza zolağına iki partiya humanitar yardım göndərib və üçüncünü göndərməyə hazırlaşır. Bundan əlavə, o xatırladıb ki, Pakistan rəhbərliyi Qəzzaya yardım göstərmək üçün mütəmadi olaraq Misir və İordaniya hakimiyyətləri ilə əlaqə saxlayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər