HƏMAS Qəzzada İsraillə müvəqqəti atəşkəs təklifini rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fələstin hərəkatının rəsmi nümayəndəsi Üsamə Həmdan bildirib.
HƏMAS rəsmisi müvəqqəti atəşkəs müqabilində girovların azad edilməsi ilə bağlı danışıqların olmadığını söyləyib.
Həmdan vurğulayıb ki, HƏMAS vasitəçilərə prioritetinin daimi atəşkəs olduğunu çatdırıb.