3 Yanvar 12:43
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın Baş naziri Nəcib Mikati tərəfləri İsrailə təzyiq göstərməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında bildirib.

"İsrail Livanı növbəti hərbi qarşıdurmaya sürükləmək istəyir. HƏMAS siyasi bürosu rəhbərinin müavininin Beyrutda öldürülməsi də buna işarədir. Livan 2006-cı il münaqişəsindən sonra Livan-İsrail sərhədində atəşkəs elan edən BMT-nin 1701 saylı qətnaməsinə sadiqliyini bir daha təsdiqləyib. BMT-yə təcili şikayət göndərilməsi barədə göstəriş verilib. İsrail hökuməti Qəzza zolağında əməliyyatın uğursuzluğuna görə Livandan qəzəbini çıxarmağa çalışır", - Mikati vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev