3 Yanvar 22:26
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) və hökumətin kosmik tədqiqatlar departamenti yeni nəsil ağır rabitə peyki GSAT-20-nin buraxılması üçün Amerikanın SpaceX şirkətinin Falcon-9 daşıyıcısından istifadə etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Hindistanın Yerin geostasionar orbitinə çəkisi 4 tondan çox olan peykləri çıxara bilən öz raketləri yoxdur. Hazırda belə bir daşıyıcı üzərində iş gedir.

New Space India Limited GSAT-20-nin orbitə çıxarılması üçün SpaceX ilə müqavilə imzalayıb, missiya bu ilin ikinci rübündə baş tuta bilər.

Hindistan ilk dəfədir ki, Amerika şirkəti ilə belə bir müqavilə bağlayır. İndiyədək ISRO lazım gəldikdə Fransanın rəhbərlik etdiyi Arianespace konsorsiumunun xidmətlərindən istifadə edirdi. Çəkisi 4,7 ton olan GSAT-20 peyki ucqar rayonların rabitə xidmətlərinə artan tələbatını ödəmək üçün xüsusi olaraq hazırlanıb və bütün respublikanı genişzolaqlı internetə çıxışı təmin edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər