22 Yanvar 2015 13:27
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb İslam dini və müsəlmanlara qarşı nifrət oyatmağa çalışır.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətulla Əli Xamnei Avropa və ABŞ-da yaşayan gənclərə göndərdiyi açıq məktubda bildirib. O, Qərb gəncliyini dezinformasiya kampaniyasının qurbanına çevrilməməyə, İslam dini barədə bilik və məlumatları gerçək mənbələrdən, ilk növbədə Qurandan öyrənməyə çağırıb.

İngilis dilində yazılmış həmin məktub, İran Ali dini rəhbərinin rəsmi vebsaytında dərc olunub.

Samir


Müəllif: