Qərbdən gələn maliyyə azaldıqca Ukrayna daha çox düşmənin ən zəif nöqtələrini təyin edə bilən ucuz dronlara arxalanır.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” yazır.
Nəşr bu baxımdan kiçik, sürətli və manevr qabiliyyətinə malik FPV dronlarının önə çıxdığını bildirir. İddiaya görə, sözügedən dronların hazırlanması 10 artilleriya mərmisindən daha ucuz başa gəlir.
“Tələbat həddindən artıq çoxdur. Mən gündə 600 ədəd zirehli texnikanı məhv edən PUA operatorlarını tanıyıram. Onların sayı olduqca çoxdur, başqa heç bir piyada növü bunu edə bilməz”, - Ukraynanın FPV dron layihəsinin koordinatoru Boqdan Danilov nəşrə deyib.
Material müəlliflərinin fikrincə, bu, kamikadze pilotsuz təyyarələri və sursatların verilməsində Qərbin qərarsızlığına cavabdır. Eyni zamanda, 20 km-ə qədər uçuş məsafəsi olan PUA-lar hücumları piyadalara çatmazdan xeyli əvvəl dayandıra bilir. Onların hər biri 155 mm-lik mərmidən bir neçə dəfə ucuzdur. Demək olar ki, hazırda onların hamısı Çindən alınır.
“Mümkün qədər Çin fabriklərindən topdan alırıq. Müharibədən əvvəl ayda maksimum 1000 satırdılar, indi 20-30 min”, - Danilov bildirib.
Kiyev gələcəkdə FPV dronları üçün bütün komponentləri ölkə daxilində istehsal etməyi planlaşdırır. Prezident Vladimir Zelenskinin sözlərinə görə, artıq bu il Ukraynada 1 milyon dron istehsal olunacaq.