22 Yanvar 2015 15:33
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçdə 6 əsgərə mənfi 20 dərəcə soyuqda ayaqqabısız və paltarsız qaçmaları əmr edilib. Teleqraf.com-un məlumatına görə, 3 əsgər donmaq üzrə ikən xəstəxanaya çatdırılıb.

Hadisə Norveçin şimal şəhərlərindən Tromsoda baş verib. Əsgərlik vəzifəsini edən altı əsgər gecə yarısı yataqlarından qaldırılaraq, mənfi 20 dərəcə havada ayaqqabısız və paltarsız bir şəkildə çöldə qaçmağa vadar olunub.

Mövzuya dair Norveç ordusu adından münasibət bildirən polkovnik Fred Arne Jacobsen üç əsgərin donmaq üzrəykən xəstəxanaya yerləşdirildiyini təsdiqləyib: "Bu kədərli bir hadisədir. Əsgərlərimiz bu an müalicə edilir. Ancaq bunu bildirmək istəyərəm ki, əmri verən komandirlər deyil. Bunu edən onlarla birlikdə əsgərlik vəzifələrini edən başqa bir neçə nəfərdir. Belə bir vəziyyət ilk dəfə başımıza gəlir".

Əmri verən şəxslər haqqında artıq hərbi polis tərəfindən araşdırma aparılır. Xəstəxanaya yerləşdirilmiş əsgərlər isə müalicədən sonra əsgərlik etdikləri hərbi hissəyə təkrar dönəcəklər.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər