11 Yanvar 11:01
6 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Egey dənizindəki gərginlik və Türkiyənin ABŞ-dən F-16 hərbi təyyarələri alması ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, yunanların lideri Ankaranın Vaşinqtondan F-16 almaq cəhdlərinə mane olmağa çalışmadıqlarını iddia edib.

“Biz nə bunun qarşısını almağa çalışırıq, nə də müdafiə texnikasının başqa ölkəyə satışına təsir etmək imkanımız var”, - Mitsotakis deyib.

Yunanıstan baş naziri Türkiyə ilə Egeydəki mübahisə ilə bağlı bildirib:

“Bu məsələnin bir anda həll olunacağını düşünmürəm, amma buna ədalətlə yanaşacağıq, hər bir Yunanıstan hökumətinin bu məsələlərdən danışarkən ortaya qoyduğu qırmızı xətlərimizi aydın şəkildə müəyyən edəcəyik. Digər tərəfdən, ümumən nikbin ab-havadan da faydalanacağıq, deyə bilərəm ki, bu, artıq xeyli müsbət təsir yaradıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər