11 Yanvar 22:23
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

Patel gəminin ələ keçirilməsinin qanunsuz olduğunu vurğulayıb. O qeyd edib ki, İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmağa yönəlib.

Xatırladaq ki, bundan əvvəl İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində Amerika neft tankerinin ələ keçirildiyi barədə məlumat vermişdi. Bildirilib ki, gəmi məhkəmə əmri ilə, hər hansı izahat olunmadan saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər