Müharibə bütün Yaxın Şərqi cənginə almağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Pakistanın keçmiş müdafiə naziri Naim Xalid Lodxi deyib.
“Yaxın Şərqdəki hazırkı münaqişə Asiyanın qərbinə və cənubuna doğru genişlənir, bütün əlamətlər bunu göstərir”, - sabiq nazir bildirib.
Ladxi Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah”dan sonra Yəmənin şimalında “Ənsarallah” qruplaşmasının (husilər) hədəfə alındığını söyləyib.
Onun sözlərinə görə, bu cəhənnəmi İsrail qızışdırır.
“Görünür, qonşu ərəb ölkələri tezliklə qərar verməli olacaqlar. İran artıq işə qarışıb. Çox güman ki, İran yaxın gələcəkdə Amerika və İsrail qüvvələrinin açıq çağırışı ilə üzləşəcək”, - Ladxi vurğulayıb.
Sabiq müdafiə nazirinin fikrincə, bu halda Pakistan da məsələyə müdaxilə edəcək.
ABŞ və Britaniya qüvvələri Yəmənin şimalında yerləşən İranın dəstəklədiyi “Ənsarallah” qruplaşmasının mövqelərinə zərbələr endirib. ABŞ Prezidenti Co Bayden və Britaniya Müdafiə Nazirliyi bunu “Qırmızı dənizdə ticarət gəmilərinə qarşı təhdidlərə cavab” adlandırıb.
Husilər ABŞ və Britaniyanın Yəmənə 73 zərbə endirdiyini, nəticədə 5 döyüşçülərinin öldüyünü, 6-nın isə yaralandığını açıqlayıb.