Pakistanın cənub-qərbində partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 əsgər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə AP ölkə ordusunun bəyanatına istinadən xəbər verib.
Əsgərlər Bəlucistanın Keç rayonunda keçirilən əməliyyat zamanı silahlı şəxslərin təhlükəsizlik qüvvələrinin maşınında əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində həlak olublar.
Ordunun məlumatına görə, atışma zamanı üç terrorçu öldürülüb. Məlumatda bildirilir ki, ərazidə silahlıların aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilib.
Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.