Şimali Atlantika Alyansı Üçüncü Dünya müharibəsinə başlamaq istəyinə görə məhv edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində yazıb.
“Almaniyanın “Bild” qəzeti bu yaxınlarda sensasiyalı məqalə dərc edib. Alman ordusunun Rusiya ilə münaqişəyə hazırlaşmasından bəhs edilir. Qərb Avropa qitəsindən bu məqsədlər üçün istifadə edərək növbəti Dünya müharibəsinin alovlanması xəyalından əl çəkməyib. NATO-dan çıxaq, ittifaqı məhv edək və sülhü bərqərar edək", - Filippo bildirib.