16 Yanvar 13:35
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı terror təşkilatı PKK Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı hərbi bazalarına qarşı hücum planlaşdırır. Milli Kəşfiyyat Təşkilatı (MİT) və Silahlı Qüvvələr yerdəki gəlişmələri addım-addım izləyir, tədbir görür və dərhal müdaxilə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, “İŞİD-lə mübarizə” adı altında ABŞ-dən on minlərlə TIR dolusu silah alan PKK-nın Türkiyə ordusunun mövqelərinə yaxın nöqtələrdə irihəcmli qüvvə və texnika yerləşdirdiyi üzə çıxıb:

“Ən böyük qorxusu PUA-lar olan separatçı təşkilat təlimlərini yeraltında keçirməyə qərar verib. Bundan əlavə, təlim bölgələrində koalisiya qüvvələrinin bayrağını dalğalandıraraq özünü qorumaq istəyən PKK bazalarımıza yaxın nöqtələrdə yeni tunellər qazır. Tonlarla silah yeraltı bunkerlərdə gizlədilib. Raqqa və Deyr əz-Zorda koalisiyadan silah alan PKK/YPG bunların bir hissəsini dağlıq ərazilərdə açılan tunellərdə saxlayır. PKK bəzi bənd ərazilərini də silah anbarı kimi istifadə edir.

Özünü “Suriya Demokratik Respublikası” adlandıran və Qərbdən siyasi, maddi və hərbi dəstək alan PKK/YPG Afrin, Azəz, Rəs əl-Ayn, Təl-Abyad, Əl-Bab və Serablusun da yer aldığı saxta xəritə dərc edib. Suriya və İraqın şimalında “terror dövləti” yaratmaq xülyalarını bir daha ortaya qoyublar”.

Nəşr qeyd edir ki, Türkiyənin əməliyyat zonalarını “öz əraziləri” kimi təqdim edən terrorçular ilk fürsətdə PYD-YPG-SDQ-ni orduya çevirmək, bu əraziləri “muxtar bölgə” elan etmək niyyətindədir:

“Təşkilatın liderlərindən Saleh Müslüm Türkiyəyə hücum hazırlıqlarının tamamlandığını və təşkilatın bundan sonrakı istiqamətini Türkiyə Silahlı Qüvvələrinin nöqtələrinə çevirəcəyini bildirib.

Başda Ayn İsa, Mənbiç, Ayn əl-Ərəb və Təl-Rıfat olmaqla onlarla nöqtəyə raket, zenit, tank əleyhinə sistemlər və artilleriya batareyaları daşıyan PKK kritik ərazilərdə çoxlu sayda silahlar da yerləşdirib. Qaynar xəttə yaxın yerlərdə bir çox fabrik, məktəb, dəyirman və neft obyektləri qərargahlara çevrilib. Bu binaların altında silah-sursat gizlədilir. Terror təşkilatı ümumi uzunluğu 200 kilometrə yaxınlaşan tunel şəbəkəsini də genişləndirib”.

Təhlükəsizlik üzrə ekspert, istefada olan Baş Qərargah polkovniki Gürsəl Tokmakoğlunun sözlərinə görə, PKK Suriyada hərəkətə keçməyə hazırlaşır:

“İsrail-Qərb ittifaqı PKK-ya prosesi sürətləndirmək göstərişi verib. ABŞ öz layihəsinə uyğun olaraq Suriyanın şimalını İsrail üçün təhlükəsiz vəziyyətə gətirməyə çalışır. Burada qurulacaq “terroristan” silahlandırılacaq, siyasi-diplomatik olaraq dəstəklənəcək.

Bu nöqtədə Rusiya və İranla davam edən prosesi bir addım da irəli aparmalıyıq. Türkiyədə bəzi dairələrin “Rusiya və İran bizim tərəfimizdədir” fikri doğru deyil. Hazırda ağrılı bölgələrdə PKK-nın mövcudluğunu təmin edən Rusiyadır. İran da eyni missiyanı yerinə yetirir. Bu məqamda Ankaranın İran və Rusiya ilə davam edən diplomatik-siyasi prosesinin müttəfiqliyə çevrilib-çevrilməyəcəyinə aydınlıq gətirilməlidir.

Bundan əlavə, ənənəvi hərbi üsullarla bacardığımız qədər irəliləyiş əldə etmişik. Başqa qərarlar da qəbul edilməlidir. PKK-nın istifadə etdiyi son silahlar, sursat və texnikalar xainlərə verilən təlim və hərbi dəstəyi ortaya qoyur”.

Polkovnik PKK-nın “muxtariyyət elanı”nı gözləyən Qərbin təşkilatı bu istiqamətdə təşviq etdiyini söyləyib:

“Türkiyəni buna yeganə maneə kimi görürlər. Təhlükə hər gün artır və yaxınlaşır. PKK-nın strukturunu dəyişənlər onun üçün siyasi-hərbi strategiyalar cızırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər