23 Yanvar 2015 10:49
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk aeroportu uğrunda döyüşlər Ukrayna ordusu üçün pis nəticələnib.


Publika.az “KP.RU”-ya istinadən xəbər verir ki, “kiborq”ların çoxu öldürülüb, sağ qalanlar isə əsir alınıb. Qondarma Donetsk Xalq Respublikasının prezidenti Aleksandr Zaxarçenko jurnalistlərə müsahibə verib:

“ Ukrayna üçün vəziyyət kritikdir. Axı demişdik ki, qışda ayını oyatmaq olmaz. Bu da nəticəsi. Ukraynalılar vuruşa bilmir. Heç müdafiə oluna da bilmirlər. Aeroportu 200 gün əllərində saxlamaları onların şücaəti deyil. Sadəcə, vaxt verirdik, ümid edirdik ki, çıxıb sağ-salamat gedərlər. Getmədilər. 3 gün içində məsələni həll etdik.

Əsir kiborqları küçədə gəzdiririk. Qoy görsünlər ki, bizə qarşı olan hər kəsi parçalaya bilərik.

Ölənlərin meyitlərini Ukrayna tərəfinə qaytaracağıq”.


Müəllif:

Oxşar xəbərlər