Rusiya Prezidenti Vladimir Putin bu il Qərb ölkələrinin birliyini poza bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.
ABŞ agentliyi qeyd edir ki, Ukraynada müharibə başlayandan sonra Qərb Putinin ölkəsini zəiflədəcəyinə, xalqını aşağılanmış hala gətirəcəyinə inanıb:
“Müharibənin üçüncü ilidir, Rusiya liderinin yenidən Qərb dövlətlərinin birliyini pozmaq şansı var”.
Məqalə müəllifi vurğulayır ki, Qərb Rusiyanın “zəifliyinə” arxalanaraq yanlış hesablama aparıb: “İndi onların qarşısında yalnız Ukraynadakı müharibənin qoyacağı qorxunc miras olacaq”.