25 Yanvar 00:32
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmines Yəməndə husi üsyançıları tərəfindən iki gəmiyə atılan iki raketi vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilir ki, husilər üç raket atıblar. Yəmən ərazisindən Ədən körfəzi ilə Amerika bayrağı altında üzən “Maersk Detroit” konteyner gəmisi istiqamətində üç gəmi əleyhinə raket atıblar. Onlardan biri gəmilərdən bir neçə yüz kilometr uzaqda uçdu, ikisi isə ABŞ esminesi tərəfindən vurulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər