Ukraynanın Avropa Birliyinə daxil olması qitə iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Avropada fermerlərin etirazları Ukraynanın Avropa üçün nə qədər ciddi problem olduğunu göstərir.
“Ukraynanın Avropa Birliyinə yanaşması və ya hətta bura üzvlüyü Avropa iqtisadiyyatı, xüsusən də kənd təsərrüfatı sektoruna dağıdıcı təsir göstərəcək və ya göstərə bilər”, - Orban deyib.