Avropa Birliyinə (AB) üzv ölkələrin dövlət və hökumət başçıları 2024-2027-ci illər ərzində Ukraynaya dəstək üçün 50 milyard avro məbləğində fondun yaradılması barədə yekdil qərar qəbul ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel məlumat verib.
Müvafiq qərar AB-nin bütün 27 üzvünün Brüsseldə keçirilən xüsusi sammitində təsdiqlənib.
Macarıstan aylardır Ukraynaya bu yardımın əleyhinə çıxış edirdi və qərarlara veto qoyurdu.