Pakistanın Xeybər Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis həlak olub, 6-sı yaralanıb.
Teleqraf.com xəbər verir ki, yaraqlılar gecə saatlarında əyalətin Dəra İsmayıl Xan şəhərində polis bölməsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər.
Hücumda 10 polis həyatını itirib, 6-sı yaralanıb. Olaydan sonra qaçan silahlıların tapılması üçün əməliyyat başlayıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.