Perunun mərkəzi vilayətlərində yağan aramsız yağışlar daşqınlara səbəb olub.
Əsasən, San Martin və Xunin vilayətləri təbii fəlakətdən əziyyyət çəkib.
Sel sularının törətdiyi fəsadlar azı 9 nəfərin həyatına son qoyub. Hər iki vilayətdə yüzlərlə ev suyun altında qalıb. Hökumət yerli sakinləri suların əsarətindən xilas etmək üçün fəaliyyətə başlayıb. Daşqınlar nəticəsində minlərlə insan evsiz qalıb.
Xunin vilayətində yağıntı, eyni zamanda, torpaq sürüşməsinə səbəb olub. Tarma şəhərində torpaq kütləsi sürüşərək yolu bağlayıb. Bu, isə yolda uzun müddət nəqəliyyat hərəkətini iflic edib./anspress/