Estoniya Baş naziri Kaya Kallas cinayət işi üzrə axtarışa verilib.
Teleqraf.xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Kaya Kallas Cinayət Məcəlləsinə əsasən axtarışa verilib”, - məlumatda deyilir.
Axtarışın hansı maddə ilə aparıldığı bildirilməyib.
Rusiya Daxili İşlər Nazirliyi həmçinin Estoniya dövlət katibi Taymar Peterkopu axtarışa verib.
TASS agentliyi Kallas və Peterkopa qarşı cinayət işinin SSRİ abidələrinin dağıdılması və zədələnməsinə görə açıldığını yazıb.