25 Yanvar 2015 09:15
536

Ukraynanın Xarkov şəhərində yanvarın 25-ə keçən gecə partlayış baş verib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, insident şəhərin Balaşovka rayonunda qeydə alınıb.

Partlayışdan sonra yanğın başlayıb. Hadisənin səbəbi, ölən və yaralananların sayı barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 19-da Xarkovda məhkəmə binasının yaxınlığında baş vermiş partlayış nəticəsində 12 nəfər xəsarət almışdı. Hadisə terror aktı kimi qiymətləndirilmişdi.


Müəllif:
loading...