Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Denkov özü danışıb.
“Martın 6-da mən istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana kimi öz vəzifələrini icra etməyə davam edəcək. Onun işinə mane olmasalar, dram olmayacaq”, - o bildirib.