NATO üzvləri Münxendə keçirilən təhlükəsizlik konfransında alyansa üzv dövlətlərdən birinə Rusiyadan hücum ehtimalını müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Blumberq agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu müzakirələr ABŞ-nin Ukraynaya hərbi dəstək verməməsindən narahatlığın artması fonunda baş tutub.
Qeyd olunur ki, Şimali Atlantika Alyansında ABŞ-nin Avropanın müdafiəçisi kimi ənənəvi rolunu saxlayacağına şübhələr artır.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı ölkələri Donald Trampın ABŞ seçkilərində qalib gələcəyi təqdirdə, NATO-ya alternativləri müzakirə edir.