Rusiyada gənclərdən ibarət milli komandalar arasında keçirilən “Birlik kuboku” turnirinə yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, həlledici görüşdə Cənubi Afrika və Finlandiya futbolçuları qarşılaşıb. Oyun 2:1 hesabı ilə afrikalı futbolçuların qələbəsi ilə başa çatıb.
Belarus üçüncü, təşkilatçı ölkə Rusiya isə beşinci yeri tutub. Qeyd edək ki, bir neçə ildir Azərbaycan bu yarışa qatılmır.