Kanada Rusiyanın 10 fiziki və 153 hüquqi şəxsinə sanksiya tətbiq edib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sanksiya tətbiq edilən şəxslər arasında Rusiya Prezidentinin köməkçisi İqor Levitinin də adı var.
Bundan başqa, S.V.İlyuşin adına Aviasiya Kompleksinə də sanksiya tətbiq edilib.