Amerikanın yardımı olmasa, Ukrayna üçün nəticələr pis olacaq.
Teleqraf.com xəbər verir li, bunu ABŞ prezidenti Co Bayden Konqres liderləri ilə görüşündə deyib.
O bildirib ki, Ukraynaya yardım məsələsi aktualdır.
"Hərəkətsizlik pis nəticələr səbə olacaq. Biz maliyyə probleminin həlli yollarını tapmalıyıq", - deyə Bayden qeyd edib.
ABŞ lideri Nümayəndələr Palatasının spikeri Mayk Consonu, Demokratlar Partiyasının lideri Hakim Cefrisi, Senatın Demokratlar Partiyasının lideri Çak Şumeri və Respublikaçıların lideri Miç Makkoneli məsələni müzakirə etməyə dəvət edib.
Konqres, Nümayəndələr Palatasında respublikaçı çoxluğun mövqeyinə görə administrasiyanın Kiyev üçün yeni vəsait tələbini hələ də dəstəkləməyib.
Ayrılan vəsaitlər ötən ilin dekabrında başa çatıb.