28 Fevral 17:51
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin “PlanetRisk” şirkəti Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərini izləməyə cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal”ın keçmiş müxbiri Bayron Tou məlumat verib.

Nəşr yazır ki, şirkət 2016-cı ildə smartfonları izləmək üçün nəzərdə tutulmuş “Locomotive” texnologiyasını hazırlayıb.

“Rusiya haqqında çoxlu məlumatlar əldə etdikdən sonra komanda Putinin ətrafının telefon danışıqlarını izləyə biləcəklərini anladı”, - məqalədə deyilir.

Telefon dinləmə cihazları vasitəsilə Rusiya lideri yox, onun siyasi məsləhətçiləri, mühafizəçiləri, sürücüləri və digər işçiləri dinlənilib. Nəşrin iddiasına görə, onların telefonları sayəsində “PlanetRisk” Putinin hara getdiyi və harada olduğunu öyrənə bilib.


Müəllif: Mənsur Rəğbətoğlu