Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsi Rusiya nümayəndə heyətinin səsvermə hüquqlarının qaytarılmasını dəstəkləyir.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Aleksey Puşkov deyib: “Ancaq Minsk razılaşmalarına əməl olunmayacağı təqdirdə Məclis, iyun iclasında Rusiya nümayəndə heyətinin etimadnaməsini ləğv etmək hüququnu özündə saxlayır. Mən belə başa düşürəm ki, onlar bizim səsvermə hüququmuzu bərpa etmək istəyir. Ümumiyyətlə əgər səsvermə hüququmuz yoxdursa, burada nə işimiz var?!”
Puşkov bildirib ki, bununla bağlı son qərar yanvarın 28-də bəlli olacaq.
Samir