18 Mart 17:28
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO hərbçiləri artıq Ukraynadadır.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, NATO hərbçiləri Ukraynaya ayrılan silahlara nəzarət edir, kəşfiyyat əməliyyatları aparırlar, təlimlər keçirirlər.

Polşa xarici işlər naziri Radoslav Sikorski də bundan əvvəl NATO hərbçilərinin Ukraynada olduğunu açıqlamışdı. Nazir hərbçilərin dəqiq sayını və konkret hansı dövlətlərin Ukraynaya qüvvə göndərdiyini açıqlamaqdan imtina etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu