29 Mart 10:21
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək səyləri”nin regionun maraqlarına zidd olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı bildirib.

İranın xarici işlər naziri həmçinin üçüncü Xəzər İqtisadi Forumunun “Xəzər beşliyi” ölkələri - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində keçirilməsini təklif edib. Bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib.

Abdullahiyan martın 28-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla danışıqlar aparıb. Nazir görüşdə İran Prezidenti İbrahim Rəisinin gələcəkdə Aşqabada rəsmi səfər edəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu